• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Azercell-in prezidenti Beynəlxalq Rabitə Akademiyasının akademiki adına layiq görüldü

Azercell-in prezidenti Beynəlxalq Rabitə Akademiyasının akademiki adına layiq görüldü
31.05.2016 12:13
Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzdində fəaliyyət göstərən, baş ofisi Moskva şəhərində yerləşən Beynəlxalq Rabitə Akademiyasının akademiki tituluna layiq görülüb. 

Vahid Mürsəliyev informasiya kommunikasiya texnologiyaları sahəsindəki nailiyyətlərinə görə xüsusi diplomla da mükafatlandırılıb. Azercell-in baş ofisində keçirilən görüşdə Beynəlxalq Rabitə Akademiyası Rəyasət Heyətinin üzvü və Akademiyanın Azərbaycan filialının prezidenti, keçmiş Rabitə Naziri Siruz Abbasbəyli Vahid Mürsəliyevə mükafatı təqdim edib. Siruz Abbasbəyli Azercell-in Azərbaycanım rabitə sektorunun inkişafına verdiyi töhfələrdən, həyata keçirdiyi uğurlu layihələrin əhəmiyyətindən söz açaraq, şirkəti bundan sonra da ölkənin lider mobil operatoru kimi görmək istədiyini vurğulayib.

Vahid Mürsəliyev isə öz növbəsində belə bir mükafata layiq görüldüyünə görə, Beynəlxalq Rabitə Akademiyasının Rəyasət Heyətinə və şəxsən Siruz Abbasbəyliyə öz dərin təşəkkürünü bidlirib.

Qeyd edək ki, Vahid Mürsəliyev 2015-ci ildən etibarən Azercell Telekom MMC-nin prezidenti vəzifəsinə təyin edilib. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur.

Məlumat üçün bildirək ki, 1996-cı ildən BMT nəzdində fəaliyyət göstərən və Baş Qərargahı Rusiyada yerləşən Beynəlxalq Rabitə Akademiyasının dünyanın bir neçə ölkəsində, o cümlədən Bakıda filialı fəaliyyət göstərir. Könüllü akademikləri, məşhur menecerləri, peşəkar mütəxəssisləri bir araya gətirən ictimai təşkilat telekommunikasiya sahələrində ümumi maraqların və praktik məsələlərin inkişafına çalışır. Hazırda Akademiya 33 ölkədən 800-dən çox akademik üzvü özündə birləşdirir.




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol