• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Bakıda beynəlxalq neft-qaz konfransı başladı

Bakıda beynəlxalq neft-qaz konfransı başladı
02.06.2016 10:00
Bu gün Bakıda VI Beynəlxalq Xəzər neft-qaz ("Caspian Oil&Gas-2016”) konfransı işə başlayıb.
 
"Report" xəbər verir ki, iki gün davam edəcək konfransa 30-dan çox ölkədən 400 nəfərə yaxın nümayəndə qatılıb.

Bu il konfransda "Xəzər regionunun qaz infrastrukturu: regionda əsas layihələrin cari vəziyyəti və həyata keçirilmə statusu”, "Şahdəniz – 20 illik uğur və gələcəyə baxiş”, "İri neft-qaz layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi”, "Azərbaycanın enerji ehtiyatları bazasının genişləndirilməsi”, "Neft-qaz layihələri üçün mütəxəssislərin hazırlanması, "Ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi”, "Azərbaycanda neft-kimya və neft emalı sahələrinə dair ümumi məlumat və inkişaf perspektivləri” müzakirə olunacaq.

Bu il ilk dəfə olaraq konfransda neft-qaz layihələri üçün mütəxəssislərin hazırlanması mövzusuna da toxunulacaq. Toplantı çərçivəsində mütəxəssislər kadr siyasəti və sosial məsuliyyət, istedad axtarışı sistemlərinin inkişafı, əməkdaşların daha səmərəli fəaliyyətinə kömək edən təlim proqramları və digər texnologiyalar barədə bazar iştirakçılarının öhdəlikləri, eləcə də səmərə qiymətləndirmə sistemlərinin qurulması, kadr ehtiyatının yaradılması və bir sıra digər mövzuları müzakirə edəcəklər. 

İclasın sədri qismində SOCAR-ın iş rejimi, kadrlar və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov çıxış edir. Həmçinin, məruzəçilər arasında BP, SAP və "Petronas” şirkətləri, Bakı Ali Neft Məktəbinin nümayəndələri var.

Qeyd edək ki, konfransın baş sponsoru qismində SOCAR çıxış edir. Tədbirin qızıl sponsorları BP, "General Electrics” və "Snam” şirkətləri, gümüş sponsorlar "Inpex” və "McDermott” şirkətləri, bürünc sponsorları isə "Caspian Geophysical”, "Dentons”, "Nobel Upstream”, "SAP”, "Schlumberger”, "Statoil”, "Total” və "GMA Petroleum” şirkətləridir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol