Binəli Yıldırım İlham Əliyevi İstanbulun üçüncü körpüsünün açılışına dəvət etdi
"Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir".
"Report" xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirdiyi birgə mətbuat konfransında deyib.
Baş nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı gəlib çatıb: "Bu məsələnin həllinin uzadılmasının mənası yoxdur, Ermənistanın etdiklərinə "dur" deməyin vaxtı çatıb. Türkiyə olaraq prosesi davamlı surətdə izləyirik. Beynəlxalq ictimaiyyət ikili standartlardan əl çəkməlidir. Azərbaycan torpaqları işğaldan azad edilsə bu məsələ öz həllini tapacaq.
Avropa ölkələri niyə Xocalı soyqırımını gündəliyə çıxarmır? Xocalı soyqırımı yüz il əvvəl deyil, yaxın tarixdə baş verib. Bunu onlar niyə görmürlər? Burada da bir ikili standart var".
B.Yıldırım deyib ki, avqustun 26-da İstanbulun üçüncü körpüsü olan Yavuz Sultan Səlim körpüsünün açılışı olacaq: "Bu səfərdən istifadə edərək Sizi Asiya ilə Avropanı birləşdirən körpünün açılşına dəvət edirəm. Açılışda Sizin də iştirakınızı arzu edirəm ".
www.ann.az
Son xəbərlər
Daha çox