"Barselona"da qalacağıma əmin deyiləm"
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen klubdakı gələcək karyerası haqda danışıb.
Qol.az-ın "sport.es"ə istinadən verdiyi məlumata görə, almaniyalı qolkiper komandada qalacağına əmin olmadığını bildirib:
"Növbəti mövsüm hansı komandada oynacağımla bağlı heç nə deyə bilmərəm. "Barselona" ilə 3 illik müqaviləm var. Ancaq burada qalacağıma əmin deyiləm. Rəhbərliyin təklifini gözləyəcəm. Oyun keyfiyyətim məşqçilər korpusuna bəllidir. Mümkün qədər daha çox oynamaq istəyirəm".
Qeyd edək ki, 24 yaşlı qapıçı 2014-cü ildə "Borussiya" (Münhenqladbax) klubundan "Barselona"ya transfer olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər