Akkreditasiyadan keçmiş televiziya, radio və qəzetlərin adı açıqlandı
Bu gün "Formula 1" yarışlarına akkreditasiyadan keçmiş televiziya, radio və qəzetlərin adı açıqlanıb.
ANN.Az xəbər verir ki, veb sayt və informasiya agentliklərinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən hələ ki göndərilməyib. İyun ayının 10-a qədər adları təsdiqlənən vebsayt və informasiya agentliklərinin qeydiyyat üçün müraciət etmiş əməkdaşları ayın 15-dən başlayaraq akkreditasiya vəsiqələrini əldə edə biləcəklər.
"Formula 1" yarışlarındakı akkreditasiyası təsdiqlənmiş media nümayəndələri Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə müqavilə bağlayacaq. Müqaviləyə əsasən yarış maşınlarının hərəkət edəcəyi magistral yolda və digər yarışətrafı ərazilərdə təhlükəsizlik qaydalarının pozulması məsuliyyəti media nümayəndələrinin üzərinə düşəcək. Nəticədə isə gələn il üçün həmin media qurumunun akkreditasiyası ləğv ediləcək.
Bu gün keçirilən tədbir zamanı jurnalistlər "Formula 1" yarışlarının media mərkəzi ilə də yaxından tanış olublar.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər