"Avro-2016": Modriç və Çorluka Türkiyəyə qarşı oynayacaqmı?
Xorvatiya millisinin futbolçuları Luka Modriç və Vedran Çorlukanın "Avro-2016"nın final mərhələsində Türkiyəyə qarşı matçda oynayıb-oynamayacağı dəqiqləşib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə millinin həkimi Boris Nemeç məlumat verib. O, əzələlərində problem olan hər iki oyunçunun sözügedən qarşılaşmaya kimi hazır olacağını deyib:
"Onların durumunda ciddi bir şey yoxdur. Hər ikisi Türkiyəyə qarşı oynayacaq".
Qeyd edək ki, "Avro-2016"nın D qrupunun Xorvatiya - Türkiyə matçı iyunun 12-i keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər