"İspaniya ən çətin qrupa düşüb"
"Bütün diqqətimizi öz qrupumuza yönəltməliyik. Rəqiblərimiz Xorvatiya, Türkiyə və Çexiyadır. Məncə, ən çətin qrupdayıq. Avropa çempionatında çox güclü milli komandalar var".
Qol.az-ın xəbərinə görə, bu sözləri İspaniya millisinin futbolçusu Jordi Alba deyib.
"Barselona”nın müdafiəçisi yerli mətbuata açıqlamasında "DÇ-2014"dəki uğursuzluqlarını artıq unutduqlarını bildirib:
"Bu turnir fərqli olacaq. Millidə yeni oyunçlar var. Oyun üslubumuz da artıq fərqlidir. Uğur qazanacağımıza inanıram".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər