Kasilyas: "Avro-2016"da oynayacağıma inanmıram"
İspaniya millisinin qapıçısı İker Kasilyas maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.az-ın "Cadena Cope"yə istinadən verdiyi məlumata görə, Kasilyas "Avro-2016"da oynayacağına inanmadığını bildirib:
"Avro-2016"da oynayacağıma inam yoxdur. Bu sualı baş məşqçi Visente del Boskeyə vermək lazımdır. Bütün diqqətin məndə olduğunu bilirəm. Lakin yığmada olan hər kəs oynamaq istəyir".
Qeyd edək ki, D qrupunda qərarlaşan İspaniya millisi Türkiyə, Çexiya və Xorvatiya ilə mübarizə aparacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər