• $
  • £

“Mən Fransaya prezident Ollanddan daha çox kömək etmişəm” – İbrahimoviç

“Mən Fransaya prezident Ollanddan daha çox kömək etmişəm” – İbrahimoviç
07.06.2016 18:35
PSJ-ni sabiq hücumçusu Zlatan İbrahimoviç bu gün jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, kapitanı olduğu İsveç millisiylə birgə "Avro-2016”nın oyunları üçün Fransada olan İbra yerli jurnalistlərin müxtəlif mövzuda olan suallarına cavab verib.

- Gəlin, puldan danışaq.

- Olar. Pul çox şeyi həyata keçirməyi asanlaşdırır, amma xoşbəxtlik deyil. İnsanlar bunu başa düşməlidir.

- 2015-ci ildə sizin gəliriniz 20 milyon avro olub.

- Cəmi elə bu qədər?

- Təxminən.

- Yalnız ilin ilk hissəsində 20 milyon olub.

- Bu, çox böyük məbləğdir.

- Çox nəyə deyirsiniz? Mən bunu başa düşmürəm. Qiyməti bazar müəyyənləşdirir. Çox, ya az – bu, mənim problemim deyil. Bazar deyir ki, sənin qiymətin bu qədərdir. Əgər başqa oyunçu məndən on dəfə güclüdürsə, qazancı da onqat artıq olacaq.

- Başa düşürsünüz ki, bu qədər yüksək rəqəm iqtisadi böhran vaxtında çoxlarını şoka sala bilər?

- Siz bilirsiniz ki, mən nə qədər vergi verirəm?

- Yox. Deyin!

- Mən Fransaya sizin prezident Fransua Ollanddan çox kömək etmişəm.

- Amma 75 faizlik vergi indi gündəmdə deyil.

– Okey. Siz əminsiniz? Mən vergi verməkdə davam edirəm. Mən çox vergi verirəm.

- Bir az da Fransa haqda danışın.

- Mən gəldim və burada hamıdan güclü oldum.

- Bəs, başqa nəsə deyə bilərsiz?

- Yox. Bu qədər kifayətdir.

- Siz 2015-ci ilin martında Fransanı bərbad öldə adlandıranda əhali şoka düşmüşdü.

- Bu məsələdə söhbət futboldan gedirdi. Bunun ölkənin özü ilə əlaqəsi yox idi. Düzdür, mən bu sözləri deməklə səhv etmişdim. Amma bir daha qeyd edirəm, bunlar futbola aid idi. Dörd il yaşadığın ölkəni sevməmək mümkün deyil. Əgər burda yaşamaq xoşuma gəlməsəydi, daha erkən gedərdim.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol