• $
  • £

Mariya Şarapovanın cəzası açıqlandı

Mariya Şarapovanın cəzası açıqlandı
09.06.2016 11:11
Rusiyalı tennisçi Mariya Şarapovaya verilən cəzanın müddəti açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, orqanizmində istifadəsi qadağan olunan dərman preparatı tapılan ulduz idmançı 2 il müddətinə diskvalifikasiya olunub.
 
Bunu Beynəlxalq Tennis Federasiyası açıqlanıb. Yanvarın 26-da Avstraliya açıq turnirində qanında "meldoni” tapılan Mariyanın cəzası yanvarın 1-dən hesablanacaq. Buna səbəb bu preparatın istifadəsinə həmin tarixdə qadağa qoyulmasıdı.
 
Karyerası ərzində 5 dəfə "Böyük Dəbilqə”nin qalibi olan 29 yaşlı tennisçi isə günahsız olduğunu açıqlayıb.
 
Martın 12-dən kortlara çıxmasına icazə verilməyən Şarapova İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək: "Məhkəmənin qərarı doğru deyil. Bu maddəni bilərəkdən və istəyərəkdən qəbul etməmişəm. Haqsız yerə 2 il tennisdən uzaq qalacağam. Bu səbəbdən dərhal CAS-a müraciət edəcəm. Mənim tennis oynamağımın qarşısını almaq istəyirlər. Azarkeşlərimlə bir arada olmaq və tennis oynamaq istəyirəm. İnandığım və doğru olduğunu bildiyim şeylər üçün vuruşacağam. Ən qısa zamanda kortlara dönəcəyəm”.
 
Qeyd edək ki, dopinqdən istifadədə günahlandırılan və bu səbəbdən Rio Olimpiadasını buraxacaq Şarapova ilə 3 böyük şirkət sponsorluq müqaviləsini uzatmayacağını da açıqlayıb. Mariya BMT-nin xoşməramlı səfiri titulundan da məhrum edilib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol