• $
  • £

Prosineçki "Avro-2016" üçün favoritlərini açıqladı

Prosineçki
09.06.2016 15:15
"Azərbaycan millisi ilə Avstriyada təlim-məşq toplanışında oldum. Bu səbəbdən 4-5 günlüyünə evimə gəldim. Bu gün isə Fransaya gedəcəm".

Qol.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki "Nove TV"yə açıqlamasında deyib.

Xorvatiyalı mütəxəssis ölkəsinin yığmasının "Avro-2016"nın qrup mərhələsindəki rəqibləri haqda danışıb: "Fatih Terim istənilən komandada uğur qazana biləcəyini Türkiyə yığması ilə bir daha göstərdi. Ancaq Xorvatiyanın keyfiyyətli oyunla Türkiyəyə qalib gələcəyinə heç bir şübhə yoxdur. Bu qələbə çempionatdakı işimizi asanlaşdıra bilər. Çexiya yaxşı komanda təsiri bağışlayır, İspaniya isə "Avro-2016"nın favoritidir". 

47 yaşlı mütəxəssis "Avro-2016"da favorit gördüyü yığmaların adlarını açıqlayıb: "İspanların baş məşqçisi Visente del Boskenin böyük təcrübəsi var. Onun Fernando Torres və Xuan Mata kimi futbolçuları yığmaya çağırmaması kimlərisə təəccübləndirə bilər. Lakin İspaniya turnirin əsas favoritlərindən biridir. Eyni zamanda Almaniyanı da qeyd etmək olar. Onlar hər zaman yaxşı oyun sərgiləyirlər. Fransa meydan sahibidir və hazırda onların yüksəlişdə olduğu söylənilir. İngiltərəni də favoritlər sırasında görürəm. Onların heyətində gənc futbolçuların çıxışı xoşuma gəlir".

Prosineçki Xorvatiya millisinin baş məşqçisi Ante Çaçiçin "Avro-2016" öncəsi yoldaşlıq görüşləri üçün Moldova və San Marinonu rəqib seçməsinə də münasibət bildirib: "Məncə, yaxşı seçim oldu. Çünki millinin əksər futbolçuları ağır mövsüm keçiriblər. Belə rəqiblərə qarşı oynamaq daha asandır, nəinki Almaniya və Polşaya qarşı. Bu görüşlərdən sonra bərpa olunmaq da çətin olacaqdı".

Sonda tennisə olan marağından danışan millimizin çalışdırıcısı bunları deyib: "Tennis oyunu xoşuma gəlir. Hər zaman oynayıram. Ancaq iki ay idi ki, burada yox idim. Ona görə də oynaya bilmirdim. Çox cəlbedici və maraqlı idman növüdür".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol