• $
  • £

Nazir: Otellər qonaqlar üçün tam hazır vəziyyətdədir

Nazir: Otellər qonaqlar üçün tam hazır vəziyyətdədir
10.06.2016 10:49
Bakıda keçiriləcək "Formula-1” Avropa Qran-pri yarışına hazırlıq işləri plana uyğun gedir. Yarış iştirakçılarını və rəsmi qonaqları qarşılamaq üçün lazımi tədbirlər görülür.

ANN.Az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri iyunun 9-da Qəbələ şəhərində jurnalistlərə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib, elektron viza prosesi həyata keçirilir: 

"Çalışırıq ki, Azərbaycana gələcək 3 minə yaxın qonağı və idmançını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yüksək səviyyədə qarşılayaraq otellərdə yerləşdirə bilək. 

Qonaqlar üçün otellər tam hazır vəziyyətə gətirilib. Eləcə də iyunun 17-dən 19-dək "Formula-1” yarışlarının keçiriləcəyi Bakı şəhər halqası da hazırdır. Bu gün şəhərdə avtomobillərin hərəkətinin dayanmaması üçün Bakı şəhər halqasını bağlamırıq. Yarışla bağlı iyunun 16-da həmin yollar bağlanacaq. 

Ümumiyyətlə, Bakı şəhər halqası boyunca hazırlıq işləri yekunlaşmaq üzrədir. İşlər beynəlxalq standartlar səviyyəsində görülüb. Ümid edirəm ki, 3 gün ərzində bu idman yarışı yüksək səviyyədə keçiriləcək”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol