• $
  • £

Musiqili Teatrın aktrisası Beynəlxalq festivaldan diplomla qayıtdı - FOTOLAR

Musiqili Teatrın aktrisası Beynəlxalq festivaldan diplomla qayıtdı - FOTOLAR
10.06.2016 12:39
Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Respublikanın Əməkdar artisti Nərgiz Kərimova Ukraynada keçirilən Beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib.
 
Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Nərgiz Kərimova IV "O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalındakı çıxışına görə diplomla təltif olunub. Dövlət Musiqili Teatrının aktrisasını bu mötəbər tədbirə Kiyev Akademik Operetta Teatrı dəvət edib. Dördüncü dəfə keçirilən "O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalı dünyada kifayət qədər böyük şöhrətə və nüfuza malikdir. Bir çox Beynəlxalq müsabiqələrin laureatı olan Əməkdar artist Nərgiz Kərimova sözü gedən festivalın Qala gecəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin dünya şöhrətli "Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını və İmre Kalmanın "Maritsa” əsərindən Maritsanın ariyasının ifa edib. Tədbirdə Nərgiz Kərimova ilə yanaşı Çin, ABŞ, Belarus, Rumıniya, Moldova, Polşa, Gürcüstan, Sloveniya, Çex Respublikası, Estoniya, Bolqarıstan, Litva, Finlandiya, Qazaxıstan və başqa ölkələrin tanınmış sənətçiləri də çıxış ediblər.

Qeyd edək ki, IV "O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalı 2016-cı il 4-5 iyun tarixlərində Kiyev Akademik Operetta Teatrında keçirilib.
 







www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol