Peskov Əliyev-Putin-Sarkisyan görüşündən danışdı
Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Sankt-Peterburqda üçtərəfli görüşünün təşkili istiqamətində iş aparılır.
Oxu.Az bu barədə Qazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu istiqamətdə iş aparılır. Biz belə görüşlərin keçiriləcəyini istisna etmirik”, - o deyib.
Peskov, həmçinin "bu tam olaraq təsdiq edildiyi halda” bu barədə məlumatın veriləcəyini vəd edib.
Daha öncə Azərbaycan prezidenti Ermənistan tərəfdən nüvə təhdidinin qarşısını almağa çağırıb.
www.ann.az
Son xəbərlər
Daha çox