• $
  • £

Rakitiç: "Arda mənə Azərbaycanın baş məşqçisini xatırladır"

Rakitiç:
10.06.2016 20:17
Avro-2016-da Türkiyə millisi ilə eyni qrupda yer alan Xorvatiya millisinin futbolçusu İvan Rakitiç Arda Turan haqqında danışıb.

Qaynarinfo.az xəbər verir ki, Rakitiç "Barselona"dakı komanda yoldaşı Arda Turanın oyun üslubunun Xorvatiya millisinin sabiq futbolçusu, hazırda Azərbaycan millisinin baş məşqçisi olan Robert Prosineçkininkinə bənzədiyini bildirib: 

"Arda Turan insan olaraq çox mükəmməl biridir. Daima gülür, komanda yoldaşları ilə zarafat etməyi sevir. Keyfiyyətləri haqqında danışsaq, gərək bir kitabı dolduraq. Topla çox gözəl rəftar edir. Mənə Robert Prosineçkini xatırladır. Ona qarşı çox yaxşı hazırlaşmalıyıq. Qapıya yaxınlaşanda çox təhlükəli biridir. Müdafiəçilərimiz bu futbolçuya xüsusi diqqət etməlidir".

"Xorvatiya millisində bir zamanlar Boban və Prosineçki kimi futbolçuların oynadığı mövqedə top qovacağını xəyal edərdinmi" sualına futbolçu belə cavab verib: "Futbolda xəyal etməkdən çox, iş görməyi sevirəm. Xəyalı qızlarım qursun. Mən əlimdən gəldiyi qədər hazır olmağı və meydanda komandama kömək etmək üçün hazırlanıram. Avro-2016-da da ən yaxşı futbolumuzu oynayacağıq. Burda 11 nəfər deyilik. Milyonlarla Xorvatiya sevənlər də bizimlədir".

Qeyd edək ki, Türkiyə - Xorvatiya oyunu iyunun 12-də keçiriləcək.



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol