Löv Berti Foqtsu geridə qoydu
"Avro-2016"nın qrup mərhələsində Ukrayna ilə oyun (2:0) Almaniya millisinin baş məşqçisi Yoahim Löv üçün əlamətdar olub.
Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 56 yaşlı mütəxəssis Avropa çempionatlarının final mərhələlərində 12-ci oyununu keçirməkə rekorda imza atıb.
Bununla da, Löv Bundestimin sabiq baş məşqçisi Berti Foqtsu geridə qoyub. Azərbaycan millisinin keçmiş çalışdırıcısı olan Foqts "Avro-1992" və "Avro-1996"da Almaniya yığmasının baş məşqçi vəzifəsində 11 oyun keçirib.
Qeyd edək ki, Löv 2008-ci ildə Almaniya millisinin baş məşqçi vəzifəsində Yurgen Klinsmanı əvəzləyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər