"Qarabağ"ın növbəti rəqibi məlum oldu
Yeni mövsümün hazırlıqları üçün Avstriyaya gedəcək "Qarabağ"ın keçirəcəyi yoxlama görüşlərindəki növbəti rəqibi məlum olub.
Qaynarinfo.az xəbər verir ki, Ağdam komandası "Rostov"la qarşılaşmalı olsa da, oyunda plan dəyişikliyi olub. "Qarabağ" iyunun 28-də 4 qat Rusiya çempionu "Zenit"lə yoxlama oyunu keçirəcək.
Sankt-Peterburq təmsilçisi başa çatan Rusiya Premyer Liqasında bürünc medallara yiyələnib. "Zenit" Rusiyanı Avropa Liqasının birbaşa qrup mərhələsində təmsil etmək hüququ əldə edib.
Qeyd edək ki, "Qarabağ"ın ilk rəqibi yerli "Vakker” klubu olacaq. Sözügedən qarşılaşma iyunun 25-də baş tutacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər