• $
  • £

​AVRO-2016: Bu gün daha 3 oyun keçiriləcək

​AVRO-2016: Bu gün daha 3 oyun keçiriləcək
15.06.2016 10:56
Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək.

"Report"un məlumatına görə, "A" qrupunda 2, "B" qrupunda isə bir görüş baş tutacaq.

Günün ilk qarşılaşması "B" qrupunda çıxış edən Rusiya və Slovakiya komandaları arasında keçiriləcək. Qalib komanda Fransada qalma şanslarını saxlamış olacaq. Rusiya bir xalla qrup üçüncüsüdür. Xalsız Slovakiya isə sonuncu pillədə qərarlaşıb. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qrupun iyunun 16-da keçiriləcək digər oyununda isə İngiltərə Uelsi sınağa çəkəcək.

"A" qrupunda 3 xalla lider olan Fransa qrup sonuncusu Albaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Ev sahibləri qalib gələcəkləri təqdirdə növbəti mərhələyə vəsiqəni təmin etmiş olacaqlar. Albaniya isə ən azından növbəti mərhələ şansını saxlamaq üçün qələbə qazanmalıdır.
Qrupun digər oyununda isə Rumıniya və İsveçrə komandaları üz-üzə gələcək.

15 iyun
B qrupu
17:00. Rusiya - Slovakiya
Hakimlər: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matej Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Yonas Eriksson (İsveç)
Lill. "Pyer Morya" stadionu.
A qrupu
20:00. Rumıniya - İsveçrə
Hakimlər: Sergey Karaşev
Yan xətt hakimləri: Nikolay Qolubev, Tikon Kaluqin
Əlavə köməkçi hakimlər: Sergey Lapoçkin, Sergey İvanov (hamısı Rusiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Paris. "Park de Prens"
23:00. Fransa - Albaniya
Hakimlər: Uilyam Kollam (Şotlandiya)
Yan xətt hakimləri: Frensis Konnor (Şotlandiya), Damian Makqreyt (İrlandiya)
Əlavə köməkçi hakimlər: Bobbi Madden, Con Biton (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Maykl Oliver (İngiltərə)
Marsel. "Velodrom" stadionu.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol