• $
  • £

Musiqili Teatr Qurtuluş Günü münasibəti ilə Masallıda çıxış edib

Musiqili Teatr Qurtuluş Günü münasibəti ilə Masallıda çıxış edib
17.06.2016 15:38
Azərbaycan Dövlət Musiqili Teatrı Masallı rayonunda konsert proqramı ilə çıxış edib.
 
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, konsert proqramı 15 İyun Qurtuluş Gününə həsr olunub. Dövlət Musiqili Teatrının artistləri bir-birindən maraqlı çıxışları, ifaları ilə bayram tədbirinə xüsusi rəng qatıblar. Azərbaycan Respublikasının Əməkdar artistləri Nərgiz Kərimova, Səidə Şərifəliyeva, gənc aktyor Əmrah Dadaşovun vətən, torpaq, müstəqillik haqqında söylədikləri poeziya nümunələri, oxuduqları mahnılar tamaşaçılar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb. Tədbir iştirakçıları, Masallı rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan Dövlət Musiqili Teatrı əməkdaşlarının 15 İyun Qurtuluş Gününə həsr olunan bayram konsertindəki çıxışlarından böyük zövq aldıqlarını, bu günlə bağlı təəssüratlarını uzun müddət unutmayacaqlarını bildiriblər. 

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov Azərbaycan Dövlət Musiqili Teatrının əməkdaşlarına bayram tədbirindəki maraqlı çıxış və proqrama görə təşəkkürünü bildirib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol