• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Sekuta: Qarabağ üzrə hərtərəfli sülh razılaşmasını dəstəkləyirik

Sekuta: Qarabağ üzrə hərtərəfli sülh razılaşmasını dəstəkləyirik
17.06.2016 15:25
Tərtərə ilk dəfədir səfər edirəm. Səfərimdən çox məmnunam. Mən bu bölgədə yaşayan insanların yaşayışı ilə, onları narahat edən məsələlərlə yerində tanış olmaq istəyirdim. Eyni zamanda, ABŞ-ın Azərbaycanda həyata keçirdiyi çoxsaylı humanitar yardım proqramlarının və icra edilmiş layihələrin nəticələrini və insanlara verdiyi faydaları yerində görmək niyyətində idim.

ANN.Az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, bu sözləri Tərtərdə verdiyi açıqlamada ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O bildirib ki, ABŞ 1993-cü ildən bəri azərbaycanlı qaçqın və məcburi köçkünlərə 113 milyon dollar vəsait sərf edib.

"1993-cü ildən Azərbaycana ayrılmış ABŞ yardımlarının ümumi miqdarı 1 milyard 300 milyon dollardır", - deyə R.Sekuta qeyd edib.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün Rusiyanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilməsi faktının ABŞ-ın bu prosesdən geri çəkilməsi mənasına gəlib-gəlmədiyi barədə suala səfir belə cavab verib:

"Öncə ondan başlayım ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin martın sonlarında Amerikaya səfəri zamanı əsas mövzulardan biri məhz Dağlıq Qarabağ münaqişəsi olub. Bundan başqa, Vyanada tərəflər istər Minsk Qrupunun həmsədrlərinin biri kimi ABŞ-ın, istərsə də dövlət katibi Con Kerrinin şəxsi təşəbbüsü və dəstəyi ilə bir araya gəlib”.

Prezidentlərin Sankt-Peterburq görüşündən gözləntilərlə bağlı sualı cavablandıran R.Sekuta Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin həmin görüşdə iştirak edəcəyini söyləyib.

"Biz tərəflər arasında irəliləyişin əldə olunmasını alqışlayırıq, eyni zamanda, təmas xəttində baş verən insidentlərin araşdırılması mexanizmlərinin yaradılması və razılaşdırılmasını, hərtərəfli sülh razılaşmasının əldə olunmasını dəstəkləyirik”, - deyə R.Sekuta vurğulayıb.

Münaqişənin həlli prosesinin ilk mərhələsində 5 rayonun Azərbaycana qaytarılıb-qaytarılmayacağı mövzusunda suala səfirin cavabı belə olub: 

"Cənab Ceyms Uorlikin bəyanatları ilə tanış olsanız, görərsiniz ki, ATƏT-in Minsk Qrupu çərçivəsində bütün həmsədrlərin və ayrı-ayrı həmsədr ölkələrin qayəsi bir məqsədə yönəlib. Bu ondan ibarətdir ki, münaqişə tərəfləri bir araya gətirilsin və hərtərəfli sülh sazişi razılaşdırılsın”. 

R.Sekuta daha sonra Bərdə rayonuna yollanıb. Yeni Daşkənd kəndini ziyarət edən səfir ABŞ Müdafiə Departamentinin maliyyələşdirdiyi su təchizatı layihəsinin icrası ilə tanış olub. Kənd sakinləri qarşısında çıxış edən R.Sekuta bildirib ki, bu layihələr özlərinə parlaq gələcək quran azərbaycanlılarla ABŞ-ın uzunmüddətli əməkdaşlığının nümunələrindən biridir.  

ABŞ səfirinin cəbhə bölgəsinə səfəri başa çatıb. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:57
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Siyasət 17:48
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Siyasət 17:37
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Siyasət 17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Siyasət 16:33
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Siyasət 16:25
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Siyasət 15:59
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
“Rus evi”nin ləğvetmə prosesi tam yekunlaşıb- Nazir
Siyasət 15:56
“Rus evi”nin ləğvetmə prosesi tam yekunlaşıb- Nazir
Cari ildə Ukraynaya göstərilən humanitar yardımın məbləği açıqlanıb
Siyasət 15:31
Cari ildə Ukraynaya göstərilən humanitar yardımın məbləği açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol