• $
  • £

Azarkeşlər Arda Turanı fitə basdılar

Azarkeşlər Arda Turanı fitə basdılar
18.06.2016 17:08
Futbol üzrə Türkiyə milli komandasının İspaniya yığması ilə Avropa çempionatı matçındakı zəif çıxışı tribunalara da sirayət edib.
 
"Report"un məlumatına görə, bunun nəticəsində türk fanatlar komanda üzvlərinə etirazlarını bildiriblər.

Azarkeşlər ən böyük təpkini kapitan Arda Turana göstəriblər. 66-cı dəqiqədə topu ələ keçirən Arda hücuma başladığı vaxt tribunadan fitə basılıb. Əleyhinə yönələn etirazlardan sarsılan yarımmüdafiəçi dərhal topu saxlayaraq, komanda yoldaşına ötürmə verib. Daha sonra o, iki əlini qaldırıb və tribunalara "afərin sizə" anlamını verən işarə göstərib.

Bu hərəkətdən sonra fanatların etirazı daha da artıb. Kapitan topa hər toxunuşunda fitə basılıb. Arda sonadək davam edən etirazlardan təsirlənib. Onun əhval-ruhiyyəsi pozulub və diqqəti oyundan qaçıb.

Digər tərəfdən, türk azarkeşlərin etiraz etdiyi Turana ispaniyalılar sahib çıxıb. Onlar 69-cu dəqiqədə "Arda, Arda" qışqırıblar. Türkiyə yığmasının futbolçuları da onlara alqışlarla cavab veriblər. Final fitindən sonra Andres İnyesta, Jordi Alba, Serxio Buskets, İker Kasilyas və Jerar Pike başda olmaqla, az qalan İspaniya yığmasının bütün futbolçuları Ardanı qucaqlayaraq, ona ürək-dirək veriblər. 

İnyesta son dərəcə üzgün olan "Barselona"lı komanda yoldaşına təsəlli verməyə çalışıb. O, oyundan sonra jurnalistlərə açıqlamasında bildirib ki, Ardanın məruz qaldığı olay həqiqətən də üzücüdür: "Bir oyunçunun öz azarkeşləri tərəfindən fitə basılması ağır və pis haldır. Ardaya görə həqiqətən də məyusam. O, yüksək səviyyə və keyfiyyətə malik oyunçudur. Matçdan sonra yanına gedib "Möhkəm ol. Sənə ən yaxşısını arzulayıram" dedim. Mən komanda yoldaşlarımın hər zaman yaxşı olmasını istəyirəm".

Qeyd edək ki, oyun İspaniya millisinin qələbəsi ilə yekunlaşıb - 3:0. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol