FİA Bakıda “Formula-1” şəhər yolunda dəyişikliklər etdi
FİA (Beynəlxalq avtomobil Federasiyası) "Formula-1”-in ilk gününün nəticələrinə görə, Bakıda şəhər yoluna kiçik dəyişikliklər edib.
Videoya baxışdan sonra konstruksiyandan kənara çıxan boltlara görə, yaranan problemləri aradan qaldırmaq üçün, 6 və 12-ci döngələrdə bardürlər götürülərək çəkilmiş işarələrlə əvəz edilib.
FİA həmçinin pit-leyn çıxışında işarənin yerini və uzunluğunu dəyişib, belə ki, yarış iştirakçıları hündürlüyün dəyişkənliyi üzündən boliddən ağ xətlərin yerini dəqiq görmək çətin olduğunu bildiriblər.
Xatırladaq ki, bu gün Bakıda "Formula-1”in Avropa Qran prisinin ikinci günü start götürür. \trend.az
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər