• $
  • £

“Qarabağ”dan püşk açıqlaması

“Qarabağ”dan püşk açıqlaması
20.06.2016 13:45
"Bu gün püşkatma mərasimində iştirak edəndən sonra komandamızın yanına yollanacağam. Baş məşqçi Qurban Qurbanovla söhbətimiz olacaq. Əgər onun lazım bildiyi yeni futbolçular olacaqsa, bunu oturub birgə dəyərləndirəcəyik".

Bu fikirləri "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.

Bu gün Nyon şəhərində avrokuboklarda növbəti mövsümün, o cümlədən "Qarabağ"ın çıxış edəcəyi Çempionlar Liqasının (ÇL) püşkü atılacaq. 
Ə.Çəlikəl bildirib ki, püşk onlardan asılı olmadığından konkret bir şey söyləmək olmur: "Hər halda, rəqibləri biz seçmirik, bizim üçün seçirlər. Bu il keçən ilki uğuru təkrarlamaq istəyirik. Yenidən qrup mərhələsinin iştirakçısı olmaq fikrindəyik. Ancaq bu dəfə daha böyük uğur qazanmaq, Çempionlar Liqasının qrupunda oynamaq istəyirik. Bunu qarşımıza hədəf kimi qoymuşuq. Buna çatmağımızda əlbəttə, püşkün də rolu böyükdür. Hansı rəqiblərin çıxacağının böyük təsiri var. İnşallah, məqsədimizə çatmaq üçün əlimizdən gələnin ən yaxşısı etməyə çalışacağıq".
 
Xatırladaq ki, "Qarabağ" bu dəfə də ÇL-də mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayacaq (sportnet.az).

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol