"Qalatasaray" "Bursaspor"un müdafiəçisini transfer edib
Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Report"un məlumatına görə, İstanbul təmsilçisi "Bursaspor"da çıxış edən Serdar Əzizlə razılığa gəlib.
Futbolçunun meneceri Halik Canatar tərəflərin 4 il müddətinə anlaşdıqlarını bildirib. "Qalatasaray" 26 yaşlı müdafiəçi üçün 4.5 milyon avro ödəyib, futbolçuları Sercan Yıldırım, Furkan Özçal və Bilal Kısanı Bursa təmsilçisinə verib.
Qeyd edək ki, Sərdar Əziz "Bursaspor"un yetirməsidir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər