• $
  • £

Növbəti lisenziya qazanıldı

Növbəti lisenziya qazanıldı
23.06.2016 22:39
Teymur Məmmədov Bakıda keçirilən Dünya Təsnifat Turnirində uğura imza atıb.

Azərbaycan boksçusu Teymur Məmmədov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Oxu.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən 22 yaşlı idmançı buna Bakıda keçirilən Dünya Təsnifat Turnirində nail olub.

Günün ikinci yarısında mübarizəyə qoşulan Olimpiya mükafatçımız dörddəbir finalda döyüşündə mərakeşli boksçu Hassan Saadanı ilə qarşılaşmalı idi. 

Rəqib döyüşə çıxmaqdan imtina etdiyi üçün Məmmədov qalib elan olunub və yarımfinala yüksəlib. Bununla atletimiz Rio Olimpiadasına vəsiqəni rəsmiləşdirib. Azərbaycan Rio Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb.

Bu gün rinqə çıxan digər boksçumuz Kamran Şahsuvarlı isə 75 kq çəkidə 1/4 final döyüşündə irlandiyalı Maykl O Rilliyə uduzaraq, mübarizəni dayandırıb. Bununla belə, Şahsuvarlı O Rilli qalib olacağı təqdirdə, lisenziya qazanacaq.

İyunun 24-də isə Rüfət Hüseynov (49 kq) meksikalı Xoselito Velaskes Altamirano ilə yarımfinalda görüşəcək. Bu çəkidə finala yüksələn boksçu "Rio-2016”ya lisenziya əldə etmiş olacaq.

Qeyd edək ki, dünyanın 105 ölkəsindən 469 boksçunun mübarizə apardığı yarışda son 39 lisenziyanın sahibi müəyyənləşəcək. Turnirə iyunun 25-də yekun vurulacaq


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol