Türkiyə millisinin sabiq üzvü baş məşqçi oldu
Türkiyə millisinin sabiq futbolçusu Alpay Özalan məşqçilik karyerasına başlayıb.
Qol.az-ın məlumatına görə, 43 yaşlı veteran futbolçu gələn mövsüm PTT 1-ci liqasında mübarizə aparacaq "Eskişeherspor”u çalışdıracaq.
Klubun rəsmi saytı onunla 3 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, 1995-2008-ci illər ərzində Türkiyə millisinində çıxış edən Alpay Özalan "ay-ulduzlular”ın heyətində 102 oyuna çıxıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər