İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi
Azərbaycan prezidenti İlham Əliyev sloveniyalı həmkarı Borut Pahoru ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
ANN.Az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:
"Hörmətli cənab Prezident, Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına sülh və rifah diləyirəm”.
www.ann.az
Son xəbərlər
Daha çox