• $
  • £

“Qarabağ” üçün heç nə asan olmayacaq”

“Qarabağ” üçün heç nə asan olmayacaq”
25.06.2016 17:21
"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev artıq uzunmüddətli zədəsini tam sağaldaraq Avstriyada davam edən təlim-məşq toplanışında komandayla hazırlıqlarını davam etdirir. 

Qol.az-ın məlumatına görə, milli komandamızın üzvü  klubun rəsmi saytına açıqlamasında zədəsinin son durumu, komandadakı yarımmüdafiə xəttindəki rəqabətdən və Çempionlar Liqasındakı rəqiblərindən danışıb:

"Altı aya yaxın yaşıl meydanlardan uzaq qaldım, amma indi durumum yaxşıdır. Komandayla məşqlərimi davam etdirirəm. Düzdür, yüz faiz hazır deyiləm, amma avrokuboklarda ilk oyuna qədər komandama tam gücümlə kömək etmək üçün çalışacam.

Komandaya yanvarda qoşuldum və cəmi 2-3 oyunda meydana çıxıdm. Az oynamağıma baxmayaraq, daim komandayla birlikdə olmuşam. Özümü 
yeni transfer kimi hiss etmirəm. 

"Qarabağ"ın yarımmüdafiə xəttində necə bir rəqabətin olduğu hamıya məlumdur. Belə rəqabətin olması həm mənim, həm də bu mövqedə mübarizə aparan digər futbolçular üçün yaxşıdır. Əgər bir yer uğrunda mübarizə gedirsə, futbolçu  öz üzərində daha çox işləyir. Belə rəqabətdən heç bir problem olmaz, əksinə qazanan futbolçular olacaq. Meydana çıxıb-çıxmamağıma isə baş məşqçimiz qərar verəcək.

Çempionlar Liqasında Lüksemburqun son mövsüm "qızıl dubl" edən "Düdelanj" klubu ilə qarşılaşacağıq. Rəqib haqda elə də ətraflı məlumatım yoxdur. Onların heyətində çox saylı legionerlər oynadığını bilirəm. Yəqin ki, bir neçə gün sonra rəqibi təhlil edəcəyik. Avrokuboklarda ilk oyunlar həmişə çətin olur. Qarşılaşmaya ciddi hazırlaşırıq, bilirik ki, bizim üçün heç nə asan olmayacaq. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə vəsiqə qazanaq".


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol