• $
  • £

Renatu Santeş SOCAR mükafatına layiq görüldü

Renatu Santeş SOCAR mükafatına layiq görüldü
11.07.2016 10:11
Portuqaliya milli komandasının yarımmüdafiəçisi Renatu Santeş 2016-cı il Avropa çempionatının ən yaxşı gənc futbolçusu sayılıb.
 
"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Santeş SOCAR-ın təsis etdiyi müvafiq mükafata layiq görülüb.

O, Avropa çempionatlarının final oyunlarının ən gənc iştirakçısı olub. Fransa ilə həlledici qarşılaşmaya portuqaliyalı istedad 18 yaş 327 günündə ikən çıxıb.
 
Əvvəlki nailiyyət Kriştianu Ronalduya (AVRO-2004, 19 yaş 150 gün) məxsus olub. Siyahıda 3-cü yeri isə keçmiş SSRİ yığmasının hücumçusu Anatoli Baydaçnı (AVRO-1972, 19 yaş 261 gün) tutur. Beləliklə, Santeş tarixdə Avropa çempionu titulunun ən gənc sahibinə çevrilib.

SOCAR mükafatı 1994-cü ilin yanvarın 1-dən sonra dünyaya gələnlərə şamil olunur və UEFA-nın texniki direktoru Yoan Lupeskunun rəhbərlik etdiyi texniki nəzarətçilər, eləcə də Aleks Ferqyuson və Alen Jiress tərəfindən seçilir.

Qeyd edək ki, Portuqaliya millisi finalda Fransaya əlavə vaxtda vurduğu qolla qalib gəlib - 1:0. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol