"Barselona"ya 47 milyon avroluq cəza
Argentinalı ulduzu Lionel Messinin ardınca klubu "Barselona" da məhkəmədən pis xəbər alıb.
ANS PRESS-in məlumatına görə, məhkəmə klubun 47 milyon avroluq ziyanı ödəməsi ilə bağlı qərar qəbul edib.
Klub Barselona şəhərinin L`Hospitalet Llobreqat bölgəsindəki 10 min kvadratmetrlik ərazini 2005-ci ildə 35,4 milyon avroya satıb. Anlaşmaya görə, ərazidə bir bina, bir otel və bir elektrik yarımstansiyası tikilməli idi. Lakin müqavilə şərtləri tam olaraq yerinə yetirilməyib.
Bu səbəbdən əmlak şirkəti məhkəməyə müraciət edib. Məhkəmə isə satış qiymətinin üzərinə hüquqi xərcləri də gələrək "Barselona"nın 47 milyon avroluq ziyanı ödəməsinə qərar verib.
İspaniyanın "Barselona” klubunun argentinalı ulduzu Lionel Messi barədə məhkəmə tərəfindən 21 aylıq həbs qərarı çıxarılıb. Bundan əlavə vergidən yayındığı üçün argentinalı iki milyon cərimə ödəməlidir.
Müstəntiqlər məşhur futbolçu və onun atasının gəlirlərin bir hissəsinin gizlətməsi üçün ofşor sxemlərindən istifadə etdiyini sübut edib. 2013-cü ildə vergidən yayındıqları üçün İspaniya məhkəməsi Leo və atası Xorxe Messi barəsində həbs qərarı verib. Argentinalı 4,1 milyon avro vergidən yayınmaqda günahlandırılıb.
keçirilən məhkəmə prosesində Messi və atası barədə 21 aylıq həbs qərarı çıxarılıb. Lakin onlar həbs olunmayacaqlar. Məsələ burasındadı ki, İspaniya qanunlarına görə, şiddət tətbiq olunmayan və müddəti 2 ildən az olan həbs cəzalarını pul cəriməsi ilə əvəzləmək olur. Məhkəmə Messini 2, atasını isə 1.5 milyon avro məbləğində cərimələyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox