Anri "Arsenal"dan getdi
"Arsenal"ın akademiyasında kuratorluq edən klubun canlı əfsanəsi Tyeri Anri vəzifəsindən gedib.
Qol.az-ın "The Telegraph"a istinadən verdiyi məlumata görə, buna "Arsenal"ın baş məşqçisi Arsen Venger səbəb olub.
O, müstəqil məşqçi kimi London təmsilçisinin U-18 komandasına baş məşqçilik etmək istəyirdi. Lakin "topçular"ın əsas komandasının baş məşqçisi Arsen Venger buna razı olmayıb. O, Anrinin eyni vaxtda həm ekspert ("Sky Sports" telekanalında), həm də baş məşqçi kimi işləməsinə (U-18) qarşı çıxıb. Bu səbəbdən Anri "Arsenal"ın akademiyasından getmək qərarı verib.
Qeyd edək ki, Anri futbolçu karyerasında "Arsenal”dan başqa "Monako”, "Yuventus”, "Barselona” və "Nyu York Red Bulls” kimi komandalarda da çıxış edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox