Qrizman PSJ-nin təklifini rədd etdi
"Atletiko"nun hücumçusu Antuan Qrizman yeni mövsümdə də Madrid təmsilçisində oynayacaq.
Qol.az-ın ESPN-ə istinadən verdiyi xəbərə görə, bu barədə fransalı futbolçunun meneceri Erik Olhats məlumat verib.
O, PSJ ilə danışıqlar aparmalarına baxmayaraq, futbolçunun "Atletiko"da qalmağa qərar verdiyini bildirib: "PSJ ilə danışıqlar apardıq. Paris təmsilçisi ambisiyalı və yaxşı infrastruktura malik komandadır. Ancaq uzun danışıqlardan sonra "Atletiko"da qalmaq qərara alındı. Əminliklə deyə bilərəm ki, Qrizman yeni mövsüm də "Atletiko"da qalacaq".
Qeyd edək ki, 2014-cü ildən "Atletiko"da çıxış edən Qrizman keçirdiyi 75 oyunda 44 qol vurub. O, "Avro-2016"da Fransa millisində vurduğu 6 qolla turnirin bombardiri olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox