• $
  • £

Qriqorçuk: "Rəqibi çox yaxşı təhlil etmişdik"

Qriqorçuk:
15.07.2016 14:01
"MTK ilə oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibi çox yaxşı təhlil etmişdik. Bu oyunda rəqibin ifasında bildiklərimizi gördük". 

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının II təsnifat mərhələsində səfərdə MTK-ya qalib gəldkləri oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis rəqibin fiziki və texniki cəhətdən güclü futbolçulara malik olduğunu bildirib: "MTK yaxşı komandadır, heyətində fiziki cəhətdən güclü futbolçular var. Bu da dərhal diqqət çəkir. Komandanın əksər oyunçuları texniki cəhətdən də güclüdürlər. Meydanda da rəqibin yaxşı komanda olduğunun təsdiqini gördük. Oyun elə alındı ki, matçın axarı da, hesabı da fərqli ola bilərdi. Biz rəqibdən daha çox qol vurduğumuz üçün qalib gəldik. 

Penaltinin qolla nəticələnəcəyi halda necə olacağını bilmərik. Amma deyərdim ki, meydanda ciddi nə isə dəyişməzdi. Düşünürəm ki, cavab oyunu da oxşar tərzdə keçəcək. Bu matça qədər şanslar 50-nin 50-yə idi. Səfərdə iki qol vursaq da, cavab matçı öncəsi də şanslar təxminən bərabərdir. Çünki rəqibin gücünü real qiymətləndirirəm. Bu komanda çox güclü oynamaq iqtidarındadı və cavab qarşılaşmasında ciddi matç olacaq".

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 21-də Bakıda keçiriləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol