UEFA-nın yeni reytinqi - SİYAHI
UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
Qol.Az-ın məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib.
453 klubun yer aldığı siyahıya 144,428 xalla Madrid "Rea”lı başçılıq edir. "Bavariya” 134,328 xalla 2-ci, "Barselona” 129,428 xalla 3-cü pillədədir.
Siyahıda yer alan klbularımızın hər biri mövqeyini yaxşılaşdırıb. Ən yaxşı göstəriciyə sahib olan "Qarabağ”dır. İki pillə irəliləyən Ağdam təmsilçisi 13,500 xalla 120-ci yerdədi.
"Neftçi” də iki pillə irəliləyib. Xalını 9,250-ə çatdıran "ağ-qaralar” 154-cü yerdədir.
Avropa Liqasında uğurlu çıxışını davam etdirən "Qəbələ" 5.750 xalla 206-cı yerə yüksəlib. Roman Qriqorçukun komandası da 2 pillə yüksəlib. "İnter” 3 pillə irəliləyərək 216-cı sıraya yüksəlib. "Bankir”lərin 5.500 xalı var.
"Xəzər Lənkəran” 1 pillə irəliləyib. 4.000 xalı olan cənub təmsilçisi 283-cü yerə yüksəlib. "Kəpəz” 3,500 xalla 309-cudu. Gəncə klubu 3 pillə yüksəlib.
Siyahıda "Bakı”nın da adı var. Paytaxt klubu 5 pillə irəliləyərək 3.250 xalla 318-cü yerə qalxıb.
Qeyd edək ki, reytinq klubların avrokuboklarda son beş mövsümdəki göstəricilərinə əsasən hazırlanıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox