UEFA ən yaxşı onluğu açıqladı
UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizəd oyunçuların adlarını açıqlayıb.
Qol.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıda 10 futbolçu yer alıb.
Bu 10 futbolçu səsvermənin ikinci mərhələsinə vəsiqə qazanıb. Səsvermənin ilk mərhələsində hər jurnalist 5 futbolçuya səs verə bilərdi. Ümumilikdə 37 futbolçuya səs verilib. "Lester"in iki futbolçusu - Riyad Mahrez 11-ci, Ceymi Vardi isə 12-ci olaraq səsvermənin ikinci mərhələsindən kənarda qalıb.
İlk "üç"lüyə qalacaq futbolçuların adları avqustun 5-də açıqlanacaq. Qalib isə avqustun 25-də, Monakoda keçiriləcək tədbirdə elan olunacaq.
Onluqda yer alan futbolçular bunlardır: Qaret Beyl (yarımmüdafiəçi, «Real», Uels), Canluici Buffon (qapıçı, «Yuventus», İtaliya), Antuan Qrizmann (yarımmüdafiəçi, «Atletiko», Fransa), Toni Kroos (yarımmüdafiəçi, «Real», Almaniya), Lionel Messi (hücumçu, «Barselona», Argentina), Tomas Müller (hücumçu, «Bavariya», Almaniya), Manuel Noyer (qapıçı, «Bavariya», Almaniya), Pepe (müdafiəçi, «Real», Portuqaliya), Kriştiano Ronaldo (hücumçu, «Real», Portuqaliya), Luis Suares (hücumçu, «Barselona», Uruqvay)
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox