• $
  • £

Sumqayıt “ASAN xidmət” könüllüləri “Yoldaşlıq Futbolu” turnirinin qalibi oldu

Sumqayıt “ASAN xidmət” könüllüləri “Yoldaşlıq Futbolu” turnirinin qalibi oldu
19.07.2016 19:39
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "ASAN Könüllüləri” Təşkilatının və Neftçi PFK-nın birgə təşkilatçılığı ilə keçirilən "Yoldaşlıq Futbolu”nun final matçı baş tutub.

"ASAN Könüllüləri” Təşkilatından ANN.Az-a verilən məlumata görə, finalda 1 saylı "ASAN xidmət” və Sumqayıt "ASAN xidmət” könüllüləri qarşılaşıb.

Gərgin keçən qarşılaşmada 2-3 hesabıyla Sumqayıt "ASAN xidmət” könüllüləri qalib olub və "Yoldaşlıq Futbolu” turnirinin kubokunu qazanıblar.

Oyunun sonunda yarış iştirakçıları diplom və medallarla mükafatlandırılıblar. Mükafatlandırma mərasimində iştirak edən "ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov, "Neftçi”nin əfsanəvi "7 nömrə”si Səmədağa Şıxlarov və "Neftçi"nin oyunçusu Elşən Abdullayev iştirak edərək yarış iştirakçılarına uğurlar arzulayıb, qalib komandanı təbrik ediblər.

Qeyd edək ki, ASAN könüllüsü Mahir Hətəmovun ideya müəllifi olduğu "Yoldaşlıq futbolu” layihəsinin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini aşılamaq, onların asudə vaxtının səmərəli keçməsinə şərait yaratmaqdır. Layihə Bakı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə gənclərini əhatə edib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol