Hərbi çevrilişə cəhd “Qalatasaray”ı “vurdu”
Maddi sıxıntılarını həll etmək istəyən "Qalatasaray” Türkiyədə hərbi çevrilişə cəhddən sonra daha çətin duruma düşüb.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bir müddət əvvəl İstanbul klubu "Qatar Airways” şirkəti ilə sponsorluq reklamı üçün razılıq əldə etmişdi. Razılaşmaya əsasən, "sarı-qırmızılılar”ın formasının üzərində üç il müddətində şirkətin adı yazılacaqdı. Klub bu əməkdaşlıqdan 15 milyon avro gəlir götürəcəkdi. Ancaq ötən həftə Türkiyədə hərbi çevrilişə cəhddən sonra Qətər şirkəti "Qalatarasay”la danışıqları dayandırıb.
Bildirir ki, tərəflər arasında növbəti görüş qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox