• $
  • £

Rio-de-Janeyro Olimpiadasında Azərbaycan idmançılarının hədəfi açıqlandı

Rio-de-Janeyro Olimpiadasında Azərbaycan idmançılarının hədəfi açıqlandı
25.07.2016 21:40
Nazir dopinq məsələsinə də toxunub

 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının hədəfi ən azı London olimpiadasındakı nəticələri təkrarlamaqdan ibarət olacaq. "Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, "Bakı 2015" I Avropa Oyunlarındakı nəticələr, maddi-texniki bazanın, infrastrukturun möhkəmlənməsi və idmançılara göstərilən diqqət və qayğı belə nəticələrin əldə olunacağına zərurət yaradır.

Həmçinin nazir bildirib ki, əvvəlki Olimpiya Oyunlarında bayraqdarlardan Fərid Mansurov xəstələnməsi, Elnur Məmmədlinin isə hakim qərarı ilə məğlub oldu: "İndi biz boksdan Teymur Məmmədovu bayraqdan seçmişik. İkinci olimpiadada iştirak edəcək, kifayət qədər nailiyyətləri olub. Ona görə də qərara aldıq ki, onu bayraqdar seçək".

Nazir dopinq məsələsinə də toxunub: "Mən düşünürəm ki, idmançıları yox, onları yoxlayan qurumlar yoxlanılmalıdır. İdmançılara psixoloji təzyiq göstərmək lazım deyil. Dünyada kifayət qədər yoxlama aparan qurum var. Onlar hamını yoxlamırlar. İstərdik ki, idmanda da belə olsun. Nəyə görə idmançılar təzyiq altında saxlanılmalıdırlar? Nəyə görə 8 ildən sonra B probu açılmalıdır? İdmançını yoxlayırlar ki, ata-babası 8 il əvvəl nə edib?"

A.Rəhimovun sözlərinə görə, olimpiadadan əvvəl Azərbaycanın bütün idmançıları dopinq yoxlamasından keçib: "Ümumdünya Antidopinq Agentliyinin əməkdaşı yoxlama aparıb. Qan analizləri gömrük yoxlamasından buraxılmayıb. Buna görə boksçularımızı olimpiadaya buraxmaq istəmirdilər. Gecə ilə Antidopinq Sektorumuzun müdiri İradə Rüstəmzadə və Azərbaycan Boks Federasiyasının icraçı direktoru Nağı Səfərov Bakıdan Kölnə uçaraq, analizləri yenidən təqdim ediblər. Nəticədə heç bir problem aşkarlanmayıb. Sanki burada kriminal insanlar oturub. Hamısı Azərbaycanı yoxlamaq istəyib".

Nazir vurğulayıb ki, idmançıların Olimpiya Kəndində təhlükəsizlikləri ilə bağlı problem yoxdur və onların yalnız xüsusi məhəllələrə buraxılmamaları qərara alınıb.

A.Rəhimov Rusiya idmançılarının olimpiadaya buraxılmasına çox sevindiyini bildirib: "Çünki onlarsız rəqabət azalardı. Bəziləri düşünür ki, bizim daha yüksək nəticələr göstərməyimiz üçün yaxşıdır. Amma biz belə düşünmürük. Rusiyalı idmançıların olmaması rəqabətin itməsinə, olimpiya ideyalarına zərbə olardı".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol