Qurban Qurbanov üçün yubiley oyunu
Çempionlar Liqasının III təsnifat mərhələsində dünən "Viktoriya" ilə keçirilən ilk oyun "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
Qol.az-ın klubun rəsmi "facebok" səhifəsinə istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi Qurban Qurbanovun başçılığı altında 350-ci matçına çıxıb.
Bu 350 matçda "Qarabağ" 189 qələbə qazanıb, 96 heç-heçə edib və 65 dəfə məğlub olub.
Komandanın Qurban Qurbanovun rəhbərliyi altında keçirdiyi 350 matçdan 258-i çempionat, 55-i avrokubok (11-i Çempionlar Liqası, 44-ü Avropa Liqası), 37-si Azərbaycan kubokuna təsadüf edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox