• $
  • £

Rəşad Sadıqov: “Bir səhv hər şeyə son qoydu”

Rəşad Sadıqov: “Bir səhv hər şeyə son qoydu”
03.08.2016 09:49
"Qarabağ”ın kapitanı Rəşad Sadıqov "Viktoriya” ilə oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. 
 
Qol.az-ın məlumatına görə, təcrübəli müdafiəçi əvvəlcə qarşılaşma haqda fikirlərini açıqlayıb:

- Deyəcək çox söz yoxdur. Hər kəs oyunu gördü. Qismət belə imiş. 

- Qələbə qazanmamağınızı qol vəziyyətlərinin boşa verilməsi ilə əlaqələndirmək mümkündür?
- Bu cür oyundan sonra nəyəsə ehtiyac olduğunu deməyin mənası yoxdur. Top boş qapıya düşmürsə... 2 oyun ərzində rəqibə qol imkanı vermədik. Onların 180 dəqiqə ərzində 1 real qol epizodları olmadı. Təəssüf ki, mərhələni adlaya bilmədik. Qismət deyilmiş.

- Qol epizonunda Əfran İsmayılova irad bildirdiniz?
- Yox, irad bildirmədim. Daha əvvəl demişdim ki, ortaya daha çox düşsün. Bəlkə də dediyim kimi etsəydi, hər şey fərqli olardı.

- "Qarabağ” nəyə görə mərhələ adlaya bilmədi?
- Bunu sırf qismətlə bağlayıram. Başqa deyiləcək söz yoxdur. O qədər hücum qurduq, faydası olmadı. Hər bir şeydə xeyir var. 

- Yəqin ki, nəticəyə görə çox təəssüflənirsiniz...
- Təbii ki. Hər şey yaxşı gedirdi. Uğur qazanmağa çox yaxın idik. Bir zərbədən sonra hər şey dəyişdi. 

- Əvəzetmələrin düzgün edilməsi ilə razısız?
- Əvəzetmələrin hamısı yerində idi. Oyuna biz nəzarət edirdik. Qol şanslarımız çox oldu. Lakin 1 səhv hər şeyə son qoydu.

- Sona yaxın irəli atıldınız. Bu, öz istəyiniz idi, yoxsa baş məşqçinin göstərişi?
- Qurban müəllim irəli atılmağımı istədi. Çalışırdım ki, komandaya irəlidə kömək edim.
 
- Bu oyundan sonra Avroliqanın pley-off mərhələsinə köklənmək çətin olmayacaq ki?
- Çətin olacaq. Paltardəyişmə otağında hər kəs çöküb. Başqa cür uduzsaydıq, bizə bu qədər təsir etməzdi. Çempionlar Liqasının qrupuna düşməyi çox istəyirdik. İstəyimizə çatmağa çox yaxın olsaq da, sonda hər şey yox oldu.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol