• $
  • £

Muarem: "Qol imkanlarımızı dəyərləndirməli idik"

Muarem:
03.08.2016 10:24
"Qol buraxıb mübarizəni dayandırdıqda yadıma İtaliya "İnter"i ilə elə bu stadiondakı oyun düşdü. Ancaq bu, bir az fərqli idi. Çünki qalib gəlsəydik, "Qarabağ" ilk Azərbaycan klubu kimi Çempionlar Liqasının "play-off"una çıxacaqdı və ən azı Avroliqanın qrupuna vəsiqəni təmin edəcəkdi".

"Report" xəbər verir ki, bu sözləri Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda "Viktoriya" (Çexiya) ilə keçirilən cavab qarşılaşmasında vurulan "Qarabağ"ın yeganə qolunun müəllifi Muarem Muarem bildirib.
O, matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Görüş barədə təəssüratların necədir?

- Yaxşı oynadığımızı hesab edirəm. Rəqib son dəqiqələrdə əlinə düşən bir qol imkanını dəyərləndirdi, biz çoxlu qol inkanlarını qaçırdıq.

- Bu anda düşündünmü ki, futbolun yazılmayan qanunu, "vurmayana vurarlar" işə düşəcək?

- Mən qol buraxacağımızı yox, ikinci qolu vuracağımızı düşündüm. Bu futbolun qanunudur və hər yerdə görürük ki, sən vurmasan sənə qol vurarlar. Rəqib də bunu etdi. Buna qol imkanı da demək olmaz. Sadəcə, asma oldu və mərkəzdən başla qol vurdular. Qismət belə imiş.

- Uğursuzluğa əsas səbəb nə oldu: bəxtsizlik, təcrübəsizlik, yoxsa...

- Sadəcə, qol imkanlarımızı dəyərləndirməli idik. Bunu etməyəndə özün qol buraxa bilərsən. Çox üzüldük. Bu matçı necə unudacağımızı bilmirəm.

- Komandanız Avroliqanın da qrupuna düşə bilməsə, bunu faciə saymaq olar?

- Təbii ki, qrupa düşmək üçün əlimizdən gələni edəcəyik. Bundan da yaxşı oynamağa çalışacağıq. Biz meydanda bütün gücümüzü qoyacağıq. Sonda Allah deyən olacaq.

- Qurban Qurbanov paltardəyişmə otağında nə dedi?

- Bizi təbrik etdi, hər birimizin xarakterinin olduğunu söylədi.

- Zamanı geri çevirə bilsəydiniz, mərhələ keçmək üçün nə edərdiniz?

- Həminki kimi oynayardıq və hər birimiz qol vurmaq istəyərdik. Sadəcə, qol imkanlarımızı dəyərləndirmək lazım idi. Rəqibi də təbrik etmək lazımdır. Ümidvaram ki, istədiklərinə çatacaqlar.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol