Yerevanda mitinqdə özünü yandıran şəxs ölüb

Ermənistan paytaxtı Yerevanda post-patrul xidməti alayı binasını ələ keçirən silahlı qruplaşmaya dəstək çərçivəsində keçirilən mitinqdə özünü yandırmağa cəhd edən şəxs ölüb.
Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.
Qeyd edək ki, hadisə iyulun 30-da gecə saatlarında Yerevanın Baqramyan prospektində baş verib.
Hadisədən sonra 58 yaşlı Kacik Qriqoryan ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər