• $
  • £

Azərbaycan İsveçrə şahmatçısını bağışladı

Azərbaycan İsveçrə şahmatçısını bağışladı
04.08.2016 14:16
İsveçrə Konfederasiyasının şahmatçısı Yannik Pelletiyer Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edib.

Virtualaz.org XİN-ə istinadən xəbər verir ki, şahmatçı Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına tam hörmət etdiyini, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə bilmədən səfər etdiyini bildirib. O, səfərin fəsadları barədə əvvəlcədən məlumatlı olmadığını və bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik mənası daşımadığını vurğulayıb.

Yannik Pelletiyer səfərlə əlaqədar təəssüfünü ifadə edərək, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın zəbt edilmiş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib. O, bu qondarma rejimin Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaradıldığını yazıb.

Qanunsuz səfər ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istəyən Yannik Pelletiyer işğal olunmuş ərazilərə gələcəkdə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

Şahmatçı qeyd olunanları nəzərə alaraq, 2016-cı il avqustun 20-dən sentyabrın 20-dək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası və FIDE-nin 87-ci Konqresində iştirak etmək üçün Azərbaycana səfər etməsinə icazə verilməsini xahiş edib.

Yannik Pelletiyerin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun Azərbaycana səfər etməsi üçün viza rəsmiləşdirilməsinin həyata keçirilməsi barədə qərar qəbul olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol