• $
  • £

​"Qarabağ" və "Qəbələ"nin rəqibləri müəyyənləşir

​
05.08.2016 10:13
Bu gün futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
 
"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" və "Qəbələ" klubları da bu gün öz rəqiblərini tanıyacaq. "Köhlən atlar" səpələnmişlər, "qırmızı-qaralar" isə səpələnməmişlər qrupunda yer alıb. Bu səbəbdən Qurban Qurbanovun rəhbərlik etdiyi komanda nisbətən zəif, Roman Qriqorçukun komandası isə nisbətən güclü komandalara rəqib olacaq. Müxtəlif qruplarda olmasına baxmayaraq, "Qarabağ" və "Qəbələ" bu mərhələdə bir-birinə rəqib ola bilməyəcək.

Ümumilikdə qrup mərhələsinin bir addımlığında 44 komanda mübarizə aparacaq. Komandalardan 29-u Avropa Liqasının III təsnifat mərhələsində qalib gələnlər, 15-i isə Çempionlar Liqasının III təsnifat mərhələsində məğlub olanlardır.

Səpələnmişlər: "Şaxtyor" (Ukrayna), "Olimpiakos" (Yunanıstan), "Anderlext" (Belçika), "AZ Alkmaar" (Hollandiya), "Fənərbağça" (Türkiyə), "Sparta" (Çexiya), PAOK (Yunanıstan), "Genk" (Belçika), BATE (Belarus), "Sent-Etyen" (Fransa), "Gent" (Belçika), "Krasnodar" (Rusiya), "Rapid" (Avstriya), "Slovan" (Çexiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Avstriya" (Avstriya), "Vest Hem" (İngiltərə), "Panatinaikos" (Yunanıstan), "Midyullend" (Danimarka), "Sassuolo" (İtaliya), "Qarabağ" (Azərbaycan)

Səpələnməmişlər: "Rosenborq" (Norveç), "Astana" (Qazaxıstan), "Astra" (Rumıniya), "Hayduk" (Xorvatiya), "Arauko" (Portuqaliya), "Qrasshopers" (İsveçrə), AEK (Kipr), "Voyvodino" (Serbiya), "Başakşehir" (Türkiyə), "Bröndbyü" (Danimarka), "Srvena Zvezda" (Serbiya), "Osmanlıspor" (Türkiyə), "Slaviya" (Çexiya), "Göteborq" (İsveç), "Dinamo" (Tbilisi, Gürcüstan), "Lokomotiva" (Xorvatiya), "Trençin" (Slovakiya), "Qəbələ" (Azərbaycan), "Beytar" (İsrail), "Sonderyske" (Danimarka), "Şkendiya" (Makedoniya), "Partizani" (Albaniya)

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 18 - 25 avqustda keçiriləcək. 22 qalib komanda və Çempionlar Liqasının pley-off mərhələsində məğlub olan 10 komanda qrupda iştirak hüququ qazanacaq.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol