İsveçrə millisinin hücumçusu rəsmən “Qalatasaray”da
"Qalatasaray” növbəti transferini rəsmiləşdirib.
Qol.az-ın xəbərinə görə, klubun rəsmi Twitter səhifəsi İsveçrə millisinin türkəsilli hücumçusu Eren Derdiyokla müqavilə imzaladığını açıqlayıb.
28 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Qeyd edək ki, ötən mövsüm Derdiyok bütün turnirlərdə keçirdiyi 32 oyunda 14 qol vurub və 5 qolun ötürməsini edib. "Avro-2016”da isə o dörd matçda iştirak edib və bir qolun ötürməsini verib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox