• $
  • £

Bu gün “Rio-2016”-da 6 idmançımız mübarizə aparacaq

Bu gün “Rio-2016”-da 6 idmançımız mübarizə aparacaq
09.08.2016 10:48
Braziliyanın paytaxtı Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının 4-cü yarış günündə Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.

ANN.Az Report-a istinadən xəbər verir ki, onlardan 3 boksçu mübarizəyə yeni qoşulacaq.

Günə ilk olaraq Olqa Senyuk başlayacaq. O, qadınlar arasında fərdi olaraq kamandan oxatma yarışında mübarizə aparacaq. 1/32 finalda onun rəqibi çinli Cao Hui olacaq. Yarış Bakı vaxtı ilə saat 23:57-də keçiriləcək.

Daha sonra kişilər arasında avarçəkmə yarışlarında Aleksandr Aleksandrov və Boris Yotov tandemi yarımfinal mübarizəsinə qoşulacaq. Yarımfinal yarışları saat 17:30-da başlayacaq.
Günə boksçularımız yekun vuracaq. İlk olaraq rinqə 1/16 final mərhələsində 75 kq çəki dərəcəsində Kamran Şahsuvarlı çıxacaq. Boksçumuz çinli Minggang Zhaoya qalib gəlməyə çalışacaq. Döyüş saat 19:15-də keçiriləcək.

Rinqə ikinci gecə saat 00:45-də Albert Səlimov çıxacaq. O, 60 kq çəkidə 1/16 finalda mavrikiyalı Merven Clairdən üstün olmağa çalışacaq.

Günün sonuncu döyüşünə isə +91 kq-da (+91 kg) Məhəmmədrəsul Məcidov çıxacaq. Gecə saat 02:00-da başlanacaq döyüşdə boksçumuz mərakeşli Məhəmməd Arjaoui ilə üz-üzə gələcək. Döyüş 1/16 final mərhələsində baş tutacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol