• $
  • £

Futbol tarixinin 10 ən bahalı transferi

Futbol tarixinin 10 ən bahalı transferi
09.08.2016 23:22
Pol Poqbanın "Yuventus”dan "Mançester Yunayted”ə keçməsi ilə futbol tarixini yeni ən bahalı transferi gerçəkləşdi. Bu transfer üçün ingilislər İtaliya klubuna 2 il ərzində düz 105 milyon avro təzminat ödəyəcək (5 ildən sonra Poqba yeni müqavilə bağlasa və ya bu müddət ərzində başqa kluba 50 milyon avrodan baha qiymətə satılsa, "Yuventus" "MY”dən daha 5 milyon avro qazanacaq).

P.Poqba özü isə yeni klubunda həftəyə 220 min funt sterlinq gəlir əldə edəcək (təqribən 250 min avro). Transferdən 20 milyon avro isə futbolçunun agenti Mino Rayola ödəniləcək (hər klub 10 milyon).

Qol.az xəbər verir ki, bu keçidlə dünyanın ən bahalı 10 transferinin siyahısında bu yay üçün ikinci dəyişiklik olub. Bundan öncə 90 milyon avroya "Napoli”dən "Yuventus”a keçən Qonsalo İquain bu siyahıya düşmüşdü.

Ümumilikdə hazırda dünya futbol tarixinin 10 ən bahalı transferi aşağıda adları qeyd edilən futbolçulardır:


1. Pol Poqba, 2016. "Yuventus” – "Mançester Yunayted” – 105 milyon avro

2. Qaret Beyl, 2013. "Tottenhem” – "Real” – 101 milyon avro

3. Kriştiano Ronaldo, 2009. "Mançester Yunayted” – "Real” - 94 milyon avro

4. Qonsalo İquain, 2016. "Napoli” – "Yuventus” – 90 milyon avro.

5. Neymar, 2013. "Santos” – "Barselona” – 88.2 milyon avro

6. Luis Suares, 2014. "Liverpul” – "Barselona” – 81,72 milyon avro

7-8. Anhel di Mariya, 2014. "Real” – "Mançester Yunayted” – 75 milyon avro

7-8. Xames Rodriges, 2014. "Monako” – "Real” -  75 milyon avro

9. Kevin de Bryune, 2015. "Volfsburq” – "Mançester Siti” – 74 milyon avro

10. Zinəddin Zidan, 2001. "Yuventus” – "Real” – 73, 5 milyon avro

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol