• $
  • £

İlham Mədətov: “Rio-2016”-da ciddi kommunal problemlər yaşadıq

İlham Mədətov: “Rio-2016”-da ciddi kommunal problemlər yaşadıq
10.08.2016 17:59
"İdmançılarımızla bağlı proqnozlarımız optimistdir, onların əhvali-ruhiyyəsi də yaxşıdır”.

Oxu.Az-ın məlumatına görə, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya müsahibəsində bildirib.

Onun sözlərinə görə, cüdoda çıxış edən həm Orxan Səfərov, həm də Rüstəm Orucov çox yaxşı əhvali-ruhiyyə ilə mübarizə apardılar və bu mübarizə digər idmaçılarımıza da çox müsbət təsir göstərir:

"Rüstəm Orucovun qazandığı mükafat bizim üçün çox gözəl başlanğıcdır”.

Nümayəndə heyətinin rəhbəri Olimpiya kəndində bir sıra çatışmazlıqların olduğunu diqqətə çatdırıb:

"Olimpiya kəndi bütün standartlara uyğun olaraq hazırlanıb. Bütün tikintilər, qurğular hamısı hazırlanıb, amma qurğuların içindəki xırdalıqlar demək olar ki, hələ də hazır deyil, yaşayış binalarında, idman obyektlərində nöqsanlar, çatışmazlıqlar mövcuddur. Biz hər gün təşkilat komitəsinin nümayəndələrinin iştirakı ilə o nöqsanları yavaş-yavaş aradan qaldırırıq və idmançılarımız, məşqçilərimiz üçün maksimal olaraq rahat şərait yaratmağa çalışırıq”.

İ.Mədətov qeyd edib ki, ən böyük çətinlik o idi ki, binalar və digər obyektlər kənardan hazır vəziyyətdə görünsə də, binaların özünün içərisində xeyli problemlər var idi və bu gün də o problemlərin bir hissəsi qalmaqdadır:

"Sanitar qurğular, işıq, qaz, isti suyun verilməsi məsələlərində çox böyük problemlər var idi. Bu problemlər yavaş-yavaş həll olunur, ancaq biz ilk komandamızın bura gəlişindən 3-4 gün qabaq 3-4 otağı çox böyük çətinliklə onlar üçün hazırladıq. Amma bu gün deyə bilərəm ki, bütövlükdə komandamızın hamsını rahat yerləşdirmişik və bu günlərdə bizə qoşulacaq güləş və taekvando komandamızı qarşılamağa hazırıq”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol