• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Qazaxıstana olimpiya qızılı qazandıran azərbaycanlı millimizdən niyə gedib?

Qazaxıstana olimpiya qızılı qazandıran azərbaycanlı millimizdən niyə gedib?
11.08.2016 12:57
Dünən Qazaxıstan millisinə Rio Olimpiya Oyunlarının qızıl medalını qazandıran azərbaycanlı Nicat Rəhimovun maraqlı həyat hekayəsi var.

Qol.az saytı xatırladır ki, iki il əvvəl Azərbaycan Ağır Atletika Federasiyasının, konkret olaraq, milli komanda rəhbərliyinin yarıtmaz idarəçiliyi nəticəsində N.Rəhimov vətənini tərk edərək Qazaxıstan millisinin tərkibində çıxış etməyə başlayıb.

N.Rəhimovun atası Əli Rəhimov hələ 2014-cü ildə oğlunun Azərbaycan millisini tərk etməsinin səbəbləri barədə danışarkən azerisport.com saytına bildirmişdi ki, Nicatın nizam-intizamı olmayan komandada çıxış etməsini istəmir: "Orada siqaret çəkir, içir və başqa işlərlə məşğul olurlar. Belə mühitdə Nicatın uğur qazanmaq şansı azalır”.

O, baş verənlərə görə, milli komandanın o vaxtkı baş məşqçisi, əslən bolqarıstanlı olan Zlatan Vanevi günahlandırmışdı: "Millinin baş məşqçisi komandada anarxiyanın yaranmasına necə yol verə bilər? Nicat 2010-cu ildə yeniyetmələrin olimpiya oyunlarının qalibi olub, əsas milli komandanın gələcək liderlərindən sayılırdı. Amma ötən ildən onun nəticələri pisləşməyə doğru getdi. Bundan sonra mən şəxsən onun məşqlərinə nəzərət etməyə başladım”.

Ə.Rəhimov bildirib ki, Vanevin rəhbərliyi rəhbərliyi zamanı idmançılar məşqlərə ciddi yanaşmayıblar: "Onlar az qala məşqdə yatırdılar. Bütün bunlar universiada zamanı Nicatın zəif çxış etməsinə gətirib çıxardı. İslamiada və gənclər arasında Avropa çempionatına isə onu buraxmadılar. O zaman mən federasiya rəhbərliyinə dedim ki, nə vaxta qədər ki, komandaya Vanev rəhbərlik edəcək, Nicatın millidə çıxış etməsinə icazə verməyəcəm. Bu məşqçi komandada yalnız öz həmvətənləri olan bolqarlara şərait yaradır. Bizimkilərlə işləmək ona sərf etmir”.

Ə.Rəhimov bildirib ki, Nicata başqa komanda tapmaq asan olmayıb: "Mən deyəndə ki, Nicat başqa komandaya gedir, federasiyasının vitse-prezidenti İsgəndər Əsgərov bizə Gürcüstan millisini seçməyi təklif etdi. Çox təəssüf ki, Nicatın getməsinin qarşısını o zaman kimsə almaq istəmədi. Görünür, federasiyada yerli idmançıların taleyi kimsəni maraqlandırmır. Mən müxtəlif xarici federasiyalara üz tutdum. Ən sonda Qazaxıstan variantını seçdik. Təəssüf ki, Nicat Azərbaycan millisində kənarda qaldı. Amma Azərbaycan millisində normal idmançı yaxşı nəticə göstərə bilməz”.

Bəli, göründüyü kimi, əcnəbi məşqçilərin rəhbərliyi dövründə yerli idmançılarımıza qarşı ayrı-seçkilik ona gətirib çıxarıb ki, Azərbaycan özünün ən istedadlı idmançılarından birini itirib. Ağır atletika milli komandamızda bolqar idmançılara daha çox şans verildiyi vaxtda öz gənc idmançımız başqa ölkənin komandası – Qazaxıstan millisini seçməyə məcbur olub.

Daha bir acınacaqlı fakt isə odur ki, bolqar məşqçilərin yarıtmaz fəaliyyətinə görə, millimizdə çıxış edən bir çox əcnəbiləşdirilmiş legioner və yerli idmançının qanında dopinq tapılıb və onlar uzun müddətə beynəlxaq yarışlardan kənarlaşdırılıb. Bütün bu biabirçı faktlar sonra bolqar baş məşqçi millimizdən qovulub.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol