• $
  • £

"Qəbələ" Bakı Olimpiya Stadionundan imtina etdi

11.08.2016 15:45
"Qəbələ" Avropa Liqasında Sloveniya "Maribor"u ilə avqustun 18-də keçirəcəyi ilk matçın stadionunu müəyyənləşdirib. Ev arenası kimi UEFA-ya Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"nın adı göndərilib. 
 
Məktubda stadionun yerinin dəyişdirilməsinə 8-ci kilometr qəsəbəsi stadionunun ot örtüyündəki yenilənmə işləri səbəb göstərilib. Başlama saatı isə dəyişdirilməyib - 21:00. Hazırda "Qəbələ" Avropa futbol qurumunun cavabını gözləyir.

Ot örtüyündəki yenilənmə işləri ilə əlaqədar "Bakcell Arena"nın təmirə bağlanmasından sonra seçim üçün 2 variant olub. Bakı Olimpiya Stadionuna baxış keçirən klub nümayəndələri orada ot örtüyünün o qədər də yaxşı vəziyyətdə olmadığı qənaətinə gəliblər. Üstəlik 70 minədək tamaşaçı tutumuna malik arenada azarkeşlərin az görünəcəyi və tribunaların meydandan uzaqlığı "Qəbələ" rəsmilərini 6500 nəfərlik "Dalğa Arena" variantına üstünlük verməyə sövq edib. 
 
Amma Mərdəkandakı stadiona yolun uzaqlığı azarkeşlərə və jurnalistlərə problem yarada bilər. Üstəlik, oyun gecə yarısınadək davam edəcəyindən, evə dönüş üçün nəqliyyat tapmaq müşkülə çevriləcək.

"Qəbələ”nin meneceri Səbusi Səfiyarlı narahatlığa əsas görmədiklərini, oyun günü Mərdəkana azarkeşləri aparıb-gətirmək üçün nəqliyyat vasitələrinin ayrılacağını açıqlayıb.
 
Qeyd edək ki, bu komandaların cavab görüşü avqustun 25-də keçiriləcək (sportnet.az).

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol